Şou-biznes Özəl

Hicablı, göbəyi açıq şəklinə görə "yıxıb-sürüdülər"

Hicablı, göbəyi açıq şəklinə görə yıxıb-sürüdülər

Zeynep Bastıkın son paylaşımı qalmaqal yaradıb. Tanınmış müğənninin başına hicab bağlayıb, qarnı açıq fotolar paylaşması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Demokrat.az-ın məlumatına görə müğənninin bu stili qısa zamanda minlərlə şərh toplayıb. Bəzi istifadəçilər bu görüntünü dini dəyərlərə hörmətsizlik kimi qiymətləndiriblər. Fotoların altına "Kaş ki, insanların dəyərlərinə hörmət edəsiniz" tipli tənqidi rəylər yazılıb.

Müzakirələr zamanı fərqli fikirlər də ortaya çıxıb. Bir qrup istifadəçi Zeynep Bastıkın başındakı aksesuarın hicab olmadığını, sadəcə moda elementindən istifadə etdiyini bildirib. Onlar müğənniyə qarşı yazılan tənqidlərin həddindən artıq sərt olduğunu müdafiə ediblər. Hazırda sənətçinin bu geyimi Türkiyə mediasında ən çox danışılan mövzulardan biridir.

İsmayıl Demokrat.az

Hicablı, göbəyi açıq şəklinə görə yıxıb-sürüdülər

NE
Nihadə Eyyubova