Siyasət

Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR

Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kolanı kənd tam orta məktəbində olub.

Demokrat.az xəbər verir ki, səfər zamanı məktəbin maddi-texniki təminatı, sinif otaqları və yardımçı sahələrin mövcud vəziyyəti ilə yerində tanışlıq aparılıb.

Rayon rəhbərinə təhsil müəssisəsində yaradılmış şərait, aparılan tədris prosesi, şagirdlərin davamiyyəti və nailiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dərs prosesini izləyərək müəllim və şagirdlərlə görüşüb, onların təklif və müraciətlərini dinləyib. O, təhsil sahəsinin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, məktəblərdə müasir və səmərəli tədris mühitinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Səfərin sonunda məktəbin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR
Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR
Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR
Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR
Sevindik Hətəmov Kolanı məktəbində olub — FOTOLAR

NE
Nihadə Eyyubova