Kriminal Özəl

Döyülən qadın məhkəmədə ərini bağışladı

Döyülən qadın məhkəmədə ərini bağışladı

Quba rayonunda 35 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 27-də rayonun kəndlərindən birində baş verib.Quba rayon sakini, 1991-ci il təvəllüdlü İslam həmin gün, saat 15:00-da yaşadıqları evdə həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Vüsalənin üz nahiyəsindən yumruq ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən məhkəmə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova