Kriminal

Dördüncü mərtəbədən yıxılan 28 yaşlı oğlan öldü

Dördüncü mərtəbədən yıxılan 28 yaşlı oğlan öldü

Bakıda ölümlə nəticələnən hadisə baş verib.

Demokrat.az xəbər verir ki, dünən saat 13 radələrində 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsindəki evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova