Cəmiyyət Özəl

Bakıda Dünya Məktəbində şagirdlərə milli rəqslər öyrədilir — VİDEO

Bakıda Dünya Məktəbində şagirdlərə milli rəqslər öyrədilir — VİDEO

Bakıda fəaliyyət göstərən Dünya Məktəbi təhsil proqramında şagirdlərin fiziki və mədəni inkişafına xüsusi önəm verir. Bu çərçivədə məktəbdə həm Azərbaycanın milli rəqsləri, həm də dünya xalqlarının rəqs mədəniyyəti peşəkar şəkildə öyrədilir.

Demokrat.az xəbər verir ki, dərslər zamanı şagirdlər milli kimliyimizi əks etdirən "Yallı", "Nəlbəki" və digər klassik rəqslərimizlə yanaşı, müxtəlif ölkələrin folklor nümunələri ilə də tanış olurlar. Bu yanaşma uşaqlarda həm öz mədəniyyətinə bağlılıq, həm də qlobal dünyagörüşü formalaşdırır. Rəqs dərsləri uşaqların ritm hissini inkişaf etdirməklə bərabər, onlarda komanda ilə işləmək bacarığını da gücləndirir.

Məktəbin təşkil etdiyi tədbirlərdə və beynəlxalq festivallarda şagirdlər öyrəndikləri bu rəqs nömrələrini müxtəlif milli geyimlərdə nümayiş etdirirlər. Bu cür dərnəklər təkcə incəsənət öyrətmir, həm də şagirdlərin məktəb həyatını daha rəngarəng və maraqlı edir.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova