"Kızılcık Şerbeti" serialı ilə bağlı final iddiaları gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, "Show TV"də yayımlanan və cümə axşamlarının reytinq liderlərindən olan serialın 4-cü mövsümdən sonra başa çata biləcəyi iddia olunur.
İddialara görə, aktyor heyətində ard-arda ayrılıqlar və ssenari ilə bağlı narazılıqlar səbəbindən layihənin 5-ci mövsüm üçün yenilənməyəcəyi bildirilir.
İddialara əsasən, mövsüm finalı may ayında yayımlanacaq və başqa kanal ilə razılaşma əldə olunmasa, ekranlara vida edə bilər. Rəsmi açıqlama isə hələlik verilməyib.
Jalə Demokrat.az


