Sosial şəbəkədə yeni dələduzluq üsulu yayılıb. "Baku electronics"də çalışan şəxsin adından yayılan açıqlamada insanların emosiyalarına təsir edərək məlumatları ələ keçirilir.
Demokrat.az-ın məlumatına görə guya 7 il adıçəkilən mağazada çalışan şəxs şirkəti ifşa etmək qərarına gəlir və ucuz qiymətə televizor almağın yollarını açıqlayır. Mətn o qədər inandırıcı və axıcıdır ki, insanlar aldanaraq ucuz tv almaq üçün linkə daxil olurlar. Həmin anda isə məlumatlar ələ keçirilir.
Qeyd edək ki,"Baku electronics" mövcud dələduzluq halı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.
İsmayıl Demokrat.az



