Dünya

Haqqında həbs qərarı çıxarılan Edis ölkədən qaçdı

Haqqında həbs qərarı çıxarılan Edis ölkədən qaçdı

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib. "Narkotik maddə qəbul etmək", "saxlamaq" və "istifadəsini asanlaşdırmaq" kimi ağır ittihamlar üzrə 25 nəfərə qarşı aparılan araşdırma nəticəsində 19 şübhəli şəxs gözaltına alınıb.

Saxlanılanlar arasında Türkiyə şou-biznesinin tanınmış simaları Murat Dalkılıç, Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və boksçu Adem Kılıçcı da var. Bundan əlavə, Kemal Doğulu, Hakan Kakız və Aygün Aydın kimi populyar adların da polis bölməsinə aparıldığı bildirilir. Əməliyyat çərçivəsində gecə klublarının sahibləri və tanınmış iş adamları da istintaqa cəlb olunublar.

Müğənni Edis Görgülü barəsində isə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Lakin sənətçinin ölkəni tərk etdiyi məlum olub. İddialara görə, Edis dünən axşam saatlarında Braziliyaya qaçıb. Hazırda hüquq-mühafizə orqanları digər şübhəlilərin tapılması və məsələnin detallarının aydınlaşdırılması istiqamətində işləri davam etdirir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova