Şou-biznes

Daha bir həbs: Bu məşhurlar saxlanıldı — FOTO

Daha bir həbs: Bu məşhurlar saxlanıldı — FOTO

Son günlər Türkiyədə bir neçə məşhur sənətçinin saxlanması xəbəri gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, polis orqanları tərəfindən aparılan araşdırmalar zamanı məşhurların müəyyən qanunsuz fəaliyyətlərlə əlaqəsi olduğu üzə çıxıb. İstintaq çərçivəsində əsas hədəf narkotik və digər qadağan olunmuş vasitələrlə bağlı məlumatlar olub.

Araşdırmaların nəticəsində müğənni Murat Dalkılıç, aktyor İsmail Hacıoğlu, musiqiçi Kaan Tangöze və aparıcı Kemal Doğulu daxil olmaqla 17 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları bildirir ki, istintaq hələ davam edir və yeni açıqlamalar yaxın günlərdə veriləcək. Ekspertlər isə vətəndaşları sosial mediada yayılan dezinformasiyalara qarşı diqqətli olmağa çağırırlar.

Daha bir həbs: Bu məşhurlar saxlanıldı — FOTO

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova