Cəmiyyət Özəl

Xəstəxanaya gedən şəxsin telefonunu əlindən aldılar — Qanun nə deyir?

Xəstəxanaya gedən şəxsin telefonunu əlindən aldılar — Qanun nə deyir?

Sosial şəbəkədə yayılan məlumatlara əsasən, yaxınını ziyarət etmək üçün özəl xəstəxanaya gedən vətəndaşa mühafizə tərəfindən xəbərdarlıq edilib. Həmin şəxsə bildirilib ki, əvvəlcə telefonu təhvil verməlidir, yalnız bundan sonra içəri keçə bilər. Bu qayda bir çox insanlar arasında narazılıq yaradıb və insanların şəxsi əşyalarına müdaxilə kimi qiymətləndirilib.

Bu barədə hüquqşünas Rəşad Əliyev Demokrat.az-a açıqlama verib. O deyib ki, vətəndaşın mobil telefonunun girişdə təhvil alınması yalnız qanunla və ya açıq normativ aktla nəzərdə tutulduğu halda mümkündür:

“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, mülkiyyət hüququ toxunulmazdır və heç bir şəxs qanuni əsas olmadan şəxsin əmlakını məhdudlaşdıra bilməz. Xəstəxanalar, o cümlədən dövlət tibb müəssisələri, daxili intizam qaydaları müəyyən etmək hüququna malikdirlər. Lakin bu qaydalar Konstitusiyaya və qüvvədə olan qanunvericiliyə zidd ola bilməz. Mobil telefonun ümumi qaydada alınması və saxlanılması mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Qanunvericilikdə xəstəxanaya daxil olan şəxslərin telefonlarının məcburi şəkildə təhvil verilməsi ilə bağlı konkret norma mövcud deyil. Yalnız xüsusi rejimli ərazilərdə və ya məhkəmə, penitensiar müəssisələr kimi obyektlərdə belə məhdudiyyətlər tətbiq oluna bilər”.

O bildirib ki, xəstəxanalar məxfilik və şəxsi məlumatların qorunması məqsədilə çəkilişləri qadağan edə bilərlər:

Həmçinin oxu: 'Siz kimsiniz ki, hələ bir sizə də ərə gəlim' Vüsaləyə ikinci dəfə böyrək köçürüldü 'Əyri ayaq, çəpgöz kişiləri xoşlayıram'

“Lakin bu qadağa telefonun alınmasını deyil, istifadənin məhdudlaşdırılmasını nəzərdə tutmalıdır. Vətəndaşın telefonunun mühafizə tərəfindən götürülməsi yalnız könüllü razılıq əsasında mümkündür. Əks halda bu hal səlahiyyət həddinin aşılması kimi qiymətləndirilə bilər. Belə vəziyyətdə vətəndaş yazılı qayda və ya rəsmi əsas tələb etmək hüququna malikdir. Hüquqi mübahisə yarandıqda məsələ inzibati qaydada və ya məhkəmə vasitəsilə mübahisələndirilə bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova