Gündəm

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb? — Araşdırılır

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb? — Araşdırılır

Sabirabadda 1 nəfərin ölümü ilə nəticələnən qidazəhərlənməsiilə bağlı araşdırma başlayıb.

Bu barədə Demokrat.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Sabirabadda baş verən hadisə nəzarətdədir.

“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə əlavə edilib.

Qeyd edək ki, Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib. Ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn həyatını itirib.

Demokrat.az

NE
Nihadə Eyyubova