Fevralın 13-də Azərbaycanda hava temperaturu 18 dərəcəyədək yüksələcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi anlarda buludluluq artsa da, əsasən yağıntı gözlənilmir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənməsi proqnozlaşdırılır.
Bakıda gecə saatlarında temperatur 2-5 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununadək enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz aralığında dəyişəcək.
Ölkənin digər bölgələrində də əsasən yağıntısız hava şəraiti üstünlük təşkil edəcək. Ayrı-ayrı ərazilərdə duman müşahidə oluna bilər, mülayim qərb küləyi əsəcək. Rayonlarda gecə temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz isə 13-18 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.
Sinoptiklər gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının olduğunu da bildirirlər.
Demokrat.az


