Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, beyindən ötürülən siqnallar leptin hormonu vasitəsilə orqanizmin “stabil” piy ehtiyatlarını, xüsusilə sümük iliyində yandıra bilər. Maraqlısı budur ki, bu proses qida qəbuluna təsir etmir.
Demokrat.az xəbər verir ki, siçanlar üzərində aparılan sınaqlarda leptinin beyinə uzun müddət təsiri piy kütləsinin sürətlə azalmasına səbəb olub. Alimlər xəbərdarlıq edir ki, mexanizm güclüdür və ehtiyatla istifadə olunmalıdır.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf piylənmə və xroniki xəstəliklər zamanı piy toxumasının qorunması üçün yeni imkanlar aça bilər.
Jalə Demokrat.az


