Hava

Bakıda 9 dərəcə isti olacaq, rayonlara qar yağacaq

Bakıda 9 dərəcə isti olacaq, rayonlara qar yağacaq

Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidməti fevralın 12-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Demokrat.az xəbər verir ki, paytaxt və yarımadada hava dəyişkən buludlu olacaq, arabir buludlanma artsa da, əsasən yağıntı gözlənilmir. Gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə zəif çiskin ehtimalı var. Cənub-qərb istiqamətli külək əsəcək.Temperatur gecə saatlarında 0-2° isti, gündüz isə 6-9° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu səviyyəsində olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz proqnozlaşdırılır.

Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, gündüz bəzi ərazilərdə qısamüddətli yağıntı mümkündür, dağlıq zonalarda qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər. Mülayim qərb küləyi əsəcək.Rayonlarda temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10° şaxta, yüksək dağlıq zonalarda 10-15° şaxta, gündüz isə 0-5° şaxta proqnozlaşdırılır.

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Demokrat.az

NE
Nihadə Eyyubova