Siyasət

Vilayət Eyvazov rəis müavinini işdən çıxardı

Vilayət Eyvazov rəis müavinini işdən çıxardı

DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

Demokrat.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, B.Əhmədov təqaüdə göndərilib. Onun yerinə hələki təyinat yoxdur.

Xəbəri DİN Baş DYP İdarəsindən təsdiqləyiblər.

Demokrat.az

D
demokrat.az