Türkiyəli tanınmış aktyor Kanbolat Görkem Arslan dünyasını dəyişib. Aktyor 45 yaşında, gecəyarısı evində halı pisləşdiyi üçün Taksim Eğitim ve Araştırma Xəstəxanasına aparılıb, ancaq bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Demokrat.az xəbər verir ki, Kanbolat Görkem Arslan “Çemberimde Gül Oya”, “Poyraz Karayel” və “Bir Deli Rüzgar” kimi televiziya seriallarında, həmçinin müxtəlif kino və teatr tamaşalarında rol alıb. Xüsusilə “Poyraz Karayel”dəki Sefer obrazı ilə geniş tanınıb.
Həlak olduğu barədə rəsmi səbəb hələ açıqlanmır. Aktyor son olaraq “Kudüs Fatihi Selahaddin Eyyubi” adlı serialda da rol alırdı.
Kənan Demokrat.az


