Şou-biznes

Aybəniz Haşımova yeni vəzifəsindən danışdı

Aybəniz Haşımova yeni vəzifəsindən danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz HaşımovaA.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Demokrat.az xəbər verir ki, sənətçi yeni təyinatı ilə bağlısosial şəbəkədə paylaşım edərək bunları deyib:

"Ardı kəsilməyən zənglər məni çox qürurlandırır, amma ikiqatməsuliyyətləndirir. Mənə görə sevinən hər kəsə təşəkkür edirəm. Əminəm ki,mədəniyyət naziri Adil Kərimlininverdiyi bu qərara görə çox şad olacaqsınız".

Qeyd edək ki, 58 yaşlı sənətçi “Bülbüllər” qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.

Demokrat.az

NE
Nihadə Eyyubova