Kriminal Özəl

Qıza görə tanışını bıçaqladı — “Stansiya Qala”dakı hadisənin təfərrüatı

Qıza görə tanışını bıçaqladı — “Stansiya Qala”dakı hadisənin təfərrüatı

Bakının Xəzər rayonunda iki nəfər arasında qız üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Qala qəsəbəsi “Stansiya Qala” adlanan yaşayış massivində baş verib. Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Kərəm həmin massivdə yerləşən marketin yaxınlığına dəvət edərək görüşdüyü tanışı Xalidin (adlar şərtidir – red.) ona hörmətsizlik edərək onun sevgi münasibətində olduğu Aynur adlı qız ilə nə üçün yaxın münasibət saxlamasını deyib. Daha sonra o, bu münasibəti ondan gizlətməsini irad tutub və söhbət edə-edə görüşdükləri yerdən məsələni aydınlaşdırmaq üçün bir qədər kənara gediblər. Heç kimin olmadığı avtobusların təmir üçün dayanmış olduğu qaranlıq sahəyə çatdıqda aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Xalid əsəbi halda Kərəmin ünvanına təhqiramiz ifadələr işlədib və onu əlləri ilə kənara itələyib. Bu zaman Kərəm Xalidin onun əvvəldən tanıdığı qızla yaxın münasibət qurmasına və orada onu təhqir etməsinə etiraz əlaməti olaraq qisas almaq qərarına gəlib. Bu məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla qəflətən Xalidin sol ayağından üç dəfə vurub.

Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıblar. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demorkat.az

NE
Nihadə Eyyubova