Şou-biznes

Əmrah övladlarına görə məhkəməyə üz tutdu — FOTOLAR

Əmrah övladlarına görə məhkəməyə üz tutdu — FOTOLAR

Böyük oğlu Tayfun Ərdoğanla problemləri səbəbindən gündəmdən düşməyən Əmrahbu dəfə kiçik uşaqları Elaysa və Elyashaqqında edilən şərhlərə sərt reaksiya verib.

Demokrat.az xəbər verir ki, məşhur sənətçi artıq sosial mediada azyaşlı uşaqlarını hədəf alan hörmətsiz paylaşımlara səssiz qala bilməyib. O, mənfi rəy yazanları məhkəməyə verəcəyini bildirib.

"Dünya bir yana, uşaqlarım başqadır. Onlar mənim həyatımın mənası, gözlərimin işığı, ürəyimin döyüntüsüdür" deyə, Əmrah yazıb.

Sənətçi həmçinin paylaşımları altında edilən bütün şərhlərin fərdi olaraq araşdırılacağını və zəruri hesab edilən hər hansı bir şərh üçün məhkəmə tədbirlərinin görüləcəyini bildirib.

Qeyd edək ki, 2014-2022-ci illər arasında Sibel Kirer ilə evli olan Əmrahın bu nikahdan Elaysa və Elyasa adlı iki övladı var.

Əmrah övladlarına görə məhkəməyə üz tutdu — FOTOLAR
Əmrah övladlarına görə məhkəməyə üz tutdu — FOTOLAR
Əmrah övladlarına görə məhkəməyə üz tutdu — FOTOLAR

Demokrat.az

NE
Nihadə Eyyubova