Sosial

Tanınmış jurnalistə yüksək vəzifə verildi

Tanınmış jurnalistə yüksək vəzifə verildi

Tanınmış jurnalist Elnur Kələntərliyə vəzifə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə E.Kələntərli feysbuk səhifəsində qeyd edib.

O bildirib ki, bundan sonra Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edəcək: "Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab general. Dostlar, Yeni ilə yeni layihələrlə İRƏLİ !

Ümid edirəm dəyərli mediya nümayəndələri bu il də işimdən narazı qalmayacaqlar. Hər bir halda bunun üçün kişi kimi işləyəcəm".

Qeyd edək ki, bundan əvvəl Elnur Kələntərli DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsini icra edirdi.

Demokrat.az

D
demokrat.az