Maraqlı

Makaron süzdüyünüz suyu qətiyyən tullamayın — Aşpazların sirr kimi saxladığı həmin üsul

Makaron süzdüyünüz suyu qətiyyən tullamayın — Aşpazların sirr kimi saxladığı həmin üsul

Mətbəxdə qadınların çoxunun fərqinə varmadan etdiyi səhvlərdən biri makaronu süzdükdən sonra həmin suyu birbaşa kanalizasiyaya axıtmaqdır. Əslində isə həmin o "qiymətli" su həm yeməklərinizin ləzzətini ikiqat artıracaq gizli tərkibə malikdir, həm də ev işlərində əsl köməkçidir.

Demokrat.az xəbər verir ki, makaronun nişastalı suyu souslar üçün əvəzedilməzdir. Sous hazırlayarkən içərisinə bir neçə qaşıq bu sudan əlavə etsəniz, sous həm daha qatı olar, həm də makarona daha yaxşı yapışar. İstər pomidorlu, istərsə də qaymaqlı sous olsun, bu üsulla restoran dadını evdə alındırmaq mümkündür. Üstəlik, suyun tərkibindəki duz sousun dadını daha da dolğunlaşdırır.

Xəmir işləri ilə aranız yaxşıdırsa, bu suyu mütləq saxlayın. Pizza və ya çörək xəmiri yoğurarkən adi su əvəzinə makaron suyundan istifadə etmək xəmirin daha elastik və yumşaq olmasını təmin edir. Eyni zamanda, şorba və ya mərci bişirərkən də bu sudan istifadə edərək yeməyin teksturasını daha dolğun və doyumlu hala gətirə bilərsiniz.

Yalnız yeməklərdə yox, təmizlikdə də bu suyun faydası var. İlıq makaron suyu qazanlarda qalan inadkar yağ ləkələrini yumşaltmaq üçün idealdır. Kimyəvi maddələrə əl atmazdan əvvəl qabları bu su ilə islatmaq işinizi xeyli asanlaşdıracaq. Sadəcə bir məqamı unutmayın, suyun tərkibində artıq duz olduğu üçün yeməyə əlavə edəndə duz miqdarını tənzimləməyə diqqət edin.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova