Hadisə

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

İlkin məlumata görə, 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova