20-dən çox müxtəlif dövlət qurumunun rəhbərlərindən hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Dəryaz "qəzetinin təsisçisi olduğu "deryaz.az "saytının baş redaktoruHabil Tağıyevincinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilən 5 il 6 ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Habil Tağıyev 2024-cü ilin sentyabrında vətəndaşların şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Barəsində cinayət məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.(oxu.az)
Demokrat.az


