Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xətti bir çox dayancaqlarda dayanır və sərnişinlərin rahat hərəkətini təmin edir. Səyahət edənlər bu xətdə həm şəhər mərkəzindən, həm də qəsəbələrdən qatar xidmətindən istifadə edə bilirlər. Xəttin fəaliyyət göstərdiyi dayancaqların sayı hər gün çoxlu sərnişinlərin hərəkətini asanlaşdırır. Bu xətt Dərnəgülün üzərindən keçir. Dərnəgüldə isə daim sıxlıq və tıxac müşahidə olunur. Burada əlavə dayanacaq yerləşdirilərsə, Dərnəgülün yükü xeyli azala bilər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı-Xırdalan-Sumqayıt xətti Dərnəgüldən keçir:
“Hazırda bu xətt üzərində Dərnəgül dayanacağının tikintisi davam etdirilir. Tikinti işlərinə ötən ildən başlanılıb. Dərnəgül dayanacağının inşası işlərinin 60 faizi görülüb. Dayanacağın bu il istifadəyə verilməsi nəzərdə tutulur”.
Bakı-Xırdalan-Sumqayıt xətti üzərində Dərnəgül dayanacağının inşası sərnişindaşıma zəncirində boş qalan həlqənin tamamlanması və paytaxtın nəqliyyat sisteminin optimallaşdırılması deməkdir. Bu layihənin yekunlaşması şəhərin şimal girişindəki sərnişin yükünün birbaşa dəmiryolu nəqliyyatına yönləndirilməsinə, beləliklə də həm metro, həm də yerüstü nəqliyyat qovşaqları arasında səmərəli inteqrasiyanın təmin olunmasına xidmət edir. Vətəndaşlar üçün bu, multimodal daşımalardan istifadə edərək vaxt itkisini minimuma endirmək və şəhər daxili mobilliyi daha sistemli şəkildə həyata keçirmək fürsətidir.
@truthalwaysreveals #kesfet #railway #🚦 ♬ original sound - Gio
Leyla Turan Demokrat.az


