Siyasət Özəl

Epşteynin "qara siyahısı"nda erməni lobbisi — "Sirli" yataq otağı...

Epşteynin qara siyahısında erməni lobbisi — Sirli yataq otağı...

İllərdir müxtəlif zamanlarda gündəmi zəbt edən "Cefri Epşteyn sənədləri"ndə sonuncu açıqlamalardan sonra daha bir çox tanınan şəxsin adları ortaya çıxıb. Onlar arasında erməni lobbisinin tanınan nümayəndələri də var. Lobbi nə zamandan bəri qaranlıq işlərin içərisində yer alıb?

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, Epşteyn sənədlərində erməni lobisinin gözdə olan nümayəndələrinin adlarının hallanması təəccüb doğuran məsələ deyil:

"Çünki faktik olaraq erməni diaspor strukturları mafioz nümayəndələri vasitəsilə demək olar ki, bütün dəhlizlərə, kabinetlərə və strateji əhəmiyyətli məqamlara yol tapırlar. Yol tapırlar ki, sabit, sağlam, işıqlı yollarla olmasa da, qaranlıq vasitələrlə və boz sistemin alətləri ilə istəklərinə çatsınlar. Söhbət ondan gedir ki, Epşteynin qurduğu şəbəkədə demək olar ki, ABŞ və Avropanın, eləcə də diaspor strukturlarının rəhbərləri bir okeanda üzürmüşlər. Bu, əcinələrin toplanıb qaynar vəziyyət yaratdığı məkan olub".

O bildirib ki, Epşteyn İsrailin MOSAD kəşfiyyat strukturunun nümayəndəsi olub və tapşırığı bütün gözdə olan siyasətçiləri, konqresmenləri, senatorları və milyonerləri ora cəlb etmək, onlarla bağlı kompromatlar, təsvirlər, videolar, şəkillər toplamaq və bunları mərkəzə ötürmək olub:

"Mərkəz faktiki olaraq İsraildə yerləşən MOSAD-ın casus orqanıdır və bu səbəbdən ermənilər də oraya yol tapıblar. Onlara lazım olan əlaqələri genişləndirmək və etibarlı münasibətlər qurmaqdır, çünki həmin yuvalarda insanlar arasında maraqlı və xüsusi münasibətlər yaranır. Onlar pedofiliya və fahişəliklə məşğul olublar, bu münasibətlər vasitəsilə həm siyasi təsirlərini artırırlar, həm də işgüzar mövqelərini bərkidirlər. Ermənilər bu bacarığa malikdir, amma bu ali bacarıq deyil, əksinə utanc gətirən göstəricidir".

Politoloq deyib ki, 18-19 və hətta 20-ci əsrlərdə də ermənilər ərazi məsələlərini həll etmək üçün xanımların xidmətlərindən istifadə ediblər, qızlarını, bacılarını və arvadlarını vacib şəxslərin yataqlarına göndərərək məqsədlərinə çatıblar:

"Bu xislət ermənilərdə var, lakin bizdə belə bir şey xas deyil. Ermənilər hər vasitədən istifadə edərək yerlərini bərkidir və münasibətlər şəbəkələrini genişləndirirlər. Hazırda üç milyon yarım nəfərdən çox adamın adı orada hallanır. Cefri Epşteyn İsraildən maliyyə və digər dəstəklərlə böyük iş görüb. Nəticədə insanların sözlərinin və qərarlarının əsl mənası təhlil edilib. Məsələn, Donald Trump yəhudi lobbisinin əlində müəyyən addımlar atıb".

Onun sözlərinə görə, məhz onlar diktə ediblər ki, İranı vurmaq lazımdır:

"12 günlük müharibədə Amerikanın təyyarələri İranın üç strateji obyektini bombalayıb. Netenyahu resurslarının tükəndiyini görüb Trampın müharibəni dayandırmasını istəyib. Tramp da təyyarələrin bombalanmasına qərar verib, amma daha sonra İrandakı hakimiyyətə dəyişiklik etməkdən imtina edib.

İsraildə və Amerikada Miriam Adelson adlı xanım Trampa böyük maliyyə dəstəyi verib, onun ailəsi Trampın yaxın dostları olub. Seçki kampaniyasında 100 milyon dolları Trampa peşkeş edən məhz o olub".

Politoloq bildirib ki, erməni məsələsi isə uzun illərdir gündəmdədir və anlaşılması çətin mövzudur:

"Onların məqsədi ərazilərini böyütməkdir, amma Azərbaycan II Qarabağ müharibəsində buna cavab verib və indi açıq sülh hədiyyəsi təqdim edir", - politoloq fikrini yekunlaşdırıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova