Sosial

Mahir Aslanov yenidən deputatlığa namizəddir? — DSK-dan AÇIQLAMA

Mahir Aslanov yenidən deputatlığa namizəddir? — DSK-dan AÇIQLAMA

Daha bir bitərəf deputat fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Belə ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Mahir Aslanov seçkilərdə iştirakdan imtina edib.

Bu barədə Modern.az-a 96 saylı Goranboy - Naftalan seçki dairəsinin sədri Arif Abbasov məlumat verib.

DSK sədri budəfəki seçkilərdə Mahir Aslanovun yerinə səlahiyyətli nümayəndəsinin imzatoplama sənədlərini gətirib təhvil verməsinə də münasibət bildirib:

“Mahir Aslanov deputatlığa namizədliyini irəli sürməyib. Həmçinin, onun səlahiyyətli nümayəndəsi də sənədlərini gətirib DSK-ya verməyib. Deyilən sözlər yalandır”.

Arif Abbasovun sözlərinə görə, indiyə kimi 15 nəfər deputatlığa namizədliyini irəli sürüb:

“Yalnız 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Qeyd edək ki, Mahir Aslanov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

O, heç bir partiyanın üzvü deyil, bitərəfdir.

Demokrat.az

D
demokrat.az