Hadisə

Bakıda 3 ayın gəlininin öldüyü hadisənin təfərrüatı — YENİLƏNİB

Bakıda 3 ayın gəlininin öldüyü hadisənin təfərrüatı — YENİLƏNİB

Xəbər verildiyi kimi, Yevlax rayon sakini olan 2 aylıq hamilə qadın dəm qazından boğularaq həyatını itirib.

Demokrat.az news24.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, gecə saat 01:00 radələrində 2005-ci il təvəllüdlü Nuranə Elçin qızı Həsənova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyitini yaxınları aşkarlayıblar.

Mərhumun cənazəsi dəfn olunması üçün Yevlaxa aparılıb. Məlumata görə, Nuranə 3-4 ay əvvəl ailə həyatı quraraq Bakıya köçmüşdü. O, 2 aylıq hamilə idi.

*** 09:11

21 yaşlı Nuranə Elçin qızı dəm qazından boğularaq həyatını itirib.

Demokrat.azbildirir ki, hadisə paytaxtda baş verib.

Allah rəhmət etsin.

Demokrat.az

NE
Nihadə Eyyubova