Gündəm

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Demokrat.az “Qafqazinfo”ya istinadən təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:

Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiriGülbağda Leysanova-Hacıyevadır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçıSəməd Novruzovda var.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Mükafata layiq görülən gənclərdən biri də BDU-nun SABAH qruplarının məzunuLamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasının müəllimiMahmud İsmayılovda təltif olunanlar arasındadır. O, həmçinin“TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısıElmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibiLeyla Həsənovadır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olanMahir Tağızadədə təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Həmin gənclərin siyahısındaSərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun — FOTOLAR

Demokrat.az

NE
Nihadə Eyyubova