Cəmiyyət

Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu — VİDEO

Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu — VİDEO

Bakının mərkəzində avtomobillərin dayanma və durmasının qadağan olunduğu ərazidə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) özünə məxsus maşının saxlanılması ictimai qınağa və narazılığa səbəb olub.

Demokrat.azOxu.Az-a istinadən xəbər verir ki, buna dair yayılan videogörüntü müzakirə yaradıb.

Görüntünü paylaşan vətəndaş bildirib ki, qanun hamı üçün eynidir və heç kimə güzəşt edilməməlidir:

"Dövlət qurumlarında çalışan şəxslər isə daha böyük məsuliyyət daşıyırlar. Onlar da qaydalara əməl etməlidirlər, eyni zamanda cəmiyyət üçün nümunə olmalıdırlar".

AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında məsələdən xəbərdardır olduqlarını deyib:

Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu

"Qayda pozan əməkdaşa xəbərdarlıq olunub və onun barəsində müvafiq tədbir görüləcək".

Məmur Bakının mərkəzində qaydaları pozdu: Narazılığa səbəb oldu — VİDEO

NE
Nihadə Eyyubova