Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.
Demokrat.az xəbər verir ki, hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı adına sahiblənən Fuad Məmmədovun atasının da yüksəkvəzifəli şəxs olduğu bildirilir.
Məlumata görə, F.Məmmədov bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun oğludur.
“Unikal”ın məlumatına görə, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

*** 29.01.2026 23:35
Prezident İlham ƏliyevinSərəncamıilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov hazırda ölkənin ən gənc generalıdır.
Demokrat.az xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illərgömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Ondan əvvəl isə ən gənc generallar Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.
Qeyd edək ki, Fərid Əliyevlə Babək Ələkbərova 36 yaşında general rütbəsi verilmişdi.(Qafqazinfo)
Demokrat.az


