Mədəniyyət

Mehriban Ələkbərzadədən vəzifəsinin ləğvinə qəribə reaksiya

Mehriban Ələkbərzadədən vəzifəsinin ləğvinə qəribə reaksiya

Mədəniyyət Nazirliyinin teatrların idarəetmə sistemində apardığı köklü islahatlar ölkənin sənət sferasında səs-küyə və müxtəlif müzakirələrə səbəb olub. Bu dəyişikliklər fonunda Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin vəzifəsinin ləğv edilməsi xüsusi diqqət çəkib.

Demokrat.az xəbər verir ki, Mehriban Ələkbərzadə özü isə yayılan iddialarla bağlı konkret açıqlama verməkdən yayınaraq, nazirliyin rəsmi məlumatına istinad etməklə kifayətlənib.

“Mədəniyyət Nazirliyinin saytında rəsmi şəkildə hər şey yazılıb, əlavə nəsə demək istəmirəm”.

Mədəniyyət Nazirliyindən bildirilib ki, dövlət teatrlarında bədii rəhbər, baş rejissor və baş rəssam kimi ştatların ləğvi kütləvi ixtisar deyil, idarəetmənin müasir standartlara uyğunlaşdırılması məqsədi daşıyır. Yeni struktura əsasən, Mehriban Ələkbərzadə də daxil olmaqla, vəzifəsi ləğv edilən şəxslər fəaliyyətlərini yaradıcı şöbə müdiri, quruluşçu rejissor və ya digər müvafiq vəzifələrdə davam etdirə bilərlər. Hazırda teatrların idarəetmə mexanizminin daha çevik və kollektiv qərarlar əsasında fəaliyyət göstərməsi üçün yeni şöbələr yaradılıb. (qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova