Cəmiyyət

"Zəfər" ordenli general yüksək vəzifəyə təyin olundu — FOTO

Zəfər ordenli general yüksək vəzifəyə təyin olundu — FOTO

Dövlət Sərhəd Xidmətində yeni təyinat olub.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Xidmət rəisinin əmri ilə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - Qərargah rəisi general-mayor Nəsib Mirzəyev tutduğu vəzifədən azad edilərək xidmətin Baş İdarəsinə rəis təyin edilib.

General-mayor Nəsib Mirzəyev Azərbaycanın hərb tarixinə adını yazdırmış peşəkar zabitlərdən biridir. O, 44 günlük Vətən müharibəsində sərhədçilərin torpaqlarımızın azad edilməsi uğrunda apardığı hərbi əməliyyatlarda xüsusi fəallıq göstərib. Göstərdiyi yüksək şücaət və sərkərdəlik qabiliyyətinə görə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ali hərbi mükafatlardan sayılan "Zəfər" ordeni ilə təltif edilib. (oxu.az)

Demokrat.az

Zəfər ordenli general yüksək vəzifəyə təyin olundu — FOTO

NE
Nihadə Eyyubova