Hadisə

Bakıda bir gecədə daha 3 nəfər spirtli içkidən öldü

Bakıda bir gecədə daha 3 nəfər spirtli içkidən öldü

Bu gecə Bakı şəhərində daha 3 nəfər saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.

Demokrat.az-ın məlumata görə, əslən Gədəbəydən olan 3 dost Bakıda kafelərin birində Yeni ili qeyd ediblər.

Hər 3 dost ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılsa da onları qəbul edən olmayıb.

Sonda zəhərlənmiş dostlar “Semaşko” xəstəxanasının Toksikoloji şöbəsinə qəbul edilib.

Həkimlərin səyinə baxmayaraq hər 3 şəxs dünyasını dəyişib.

Araşdırma zamanı ölən şəxslərdən birinin Hüseynov Yusif Vilayət oğlu olduğu məlum olub.

Ölənlərdən biri Maştağa Ruhi xəstəxanasının işçisi olub.(nuh.az)

D
demokrat.az