İqtisadiyyat Özəl

Maaşlarından 2 faiz sığorta haqqı tutulacaq

Maaşlarından 2 faiz sığorta haqqı tutulacaq

Qeyri-dövlət və neft-qaz sektorunda çalışan vətəndaşların əməkhaqlarından tutulan icbari tibbi sığorta haqlarının hesablanma qaydasında mühüm dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və qarşıdakı hədəflərə həsr olunmuş mətbuat konfransında bu barədə geniş məlumat verib. Zaur Əliyev bildirib ki, artıq qeyri-dövlət və neft-qaz sektorunda çalışanların 2500 manatadək olan gəlirlərinə 2 faiz dərəcəsi ilə sığortahaqqı tətbiq olunacaq. O qeyd edib ki, əməkhaqqının 2500 manatdan yuxarı olan hissəsi üçün isə sığortahaqqı 0,5 faiz həcmində müəyyənləşib.

Bu dəyişiklikxüsusilə aylıq gəliri 2500 manatdan çox olan şəxslərin əməkhaqqından tutulan sığorta haqqının hesablanma mexanizminin dəyişməsidir. Məsələn, əgər əvvəllər 5000 manat maaş alan şəxs 8000 manatlıq limit daxilində qaldığı üçün fərqli ödəniş edirdisə, indi 2500 manatdan yuxarı olan hissə (yəni qalan 2500 manat) üçün daha az — 0,5 faiz ödəyəcək, lakin ilk 2500 manatlıq hissə üçün tam 2 faiz ödəniş qüvvədə qalacaq. Bu, yüksək maaş alanlar üçün sığorta yükünün bir qədər artması, lakin qarşılığında tibbi xidmətlərə əlçatanlığın təmin olunması deməkdir.

Qeyd edək ki, bu qaydalar yalnız qeyri-dövlət və neft-qaz sektoruna şamil edilir.

Demokrat.az

NE
Nihadə Eyyubova