Kriminal

Azərbaycanda yeniyetmə atasını öldürdü

Azərbaycanda yeniyetmə atasını öldürdü

Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığında olan dərədə meyiti tapılıb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.

Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.

Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

NE
Nihadə Eyyubova