Bir neçə gün sonra Bakıya qar yağacağı proqnozlaşdırılır.
Demokrat.az xəbər verir ki, həftənin 3-cü günündən, yəni fevralın 4-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda sulu qar, qar yağacağı ehtimal olunur.
Temperatur gecə 0 dərəcəyə qədər düşəcək.
Qeyd edək ki, ümumilikdə Bakıda fevral ayı üçün hava proqnozu ümumilikdə mülayim, lakin dəyişkən keçəcək. Milli Hidrometeorologiya Xidmətinin və digər etibarlı mənbələrin məlumatına əsasən, bu ay paytaxtda orta aylıq temperaturun iqlim normasına yaxın və bəzi günlərdə 1 dərəcə yüksək (5-8°C) olacağı gözlənilir.
Kənan Demokrat.az


