Siyasət

Hidayət Əzimov Türkiyədə əməkdaşlıq məsələlərini müzakirə etdi — FOTOLAR

Hidayət Əzimov Türkiyədə əməkdaşlıq məsələlərini müzakirə etdi — FOTOLAR

Türkiyədə işgüzar səfərdə olan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov bir sıra ali təhsil müəssisələrini ziyarət edib və rəhbər heyətləri ilə görüşlər keçirib.

Demokrat.az xəbər verir ki, görüşlərin əsas məqsədi müdafiə sənayesi sahəsində kadr hazırlığı, elmi-tədqiqat imkanları, qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərini müəyyənləşdirmək və gənc mütəxəssislər üçün mübadilə proqramlarının həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.

Universitet rəhbərləri təmsil etdikləri ali təhsil müəssisələrinin elmi-tədqiqat infrastrukturu, müdafiə sənayesinə yönəlik ixtisaslaşmış təhsil imkanları və süni intellekt texnologiyalarının tətbiqi sahəsində əldə etdikləri təcrübə barədə danışıblar.

Səmimi və konstruktiv şəraitdə keçən görüşlərdə qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və bu cür görüşlərin mütəmadi təşkil edilməsi barədə razılığa gəlinib.

Hidayət Əzimov Türkiyədə əməkdaşlıq məsələlərini müzakirə etdi — FOTOLAR
Hidayət Əzimov Türkiyədə əməkdaşlıq məsələlərini müzakirə etdi — FOTOLAR
Hidayət Əzimov Türkiyədə əməkdaşlıq məsələlərini müzakirə etdi — FOTOLAR
Hidayət Əzimov Türkiyədə əməkdaşlıq məsələlərini müzakirə etdi — FOTOLAR

Demokrat.az

NE
Nihadə Eyyubova