Hadisə

Gəncədə 3 maşın toqquşdu — Yaralılar var

Gəncədə 3 maşın toqquşdu — Yaralılar var

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var.

Demokrat.az "Report"-a istinadla xəbər verir ki, "Opel", "Ford" və daha bir avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü S.Məmmədova və 1996-cı il təvəllüdlü Y.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova