Şou-biznes

Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

Türkiyənin ustad sənətkarı, tanınmış aktyor və rejissor Haldun Dormen dünyasını dəyişib.

Demokrat.Az saytı xəbər verir ki, uzun müddətdir xəstəxanada müalicə alan 97 yaşlı sənətçi bu gün, 21 yanvar 2026-cı il tarixində vəfat edib. Bu kədərli xəbəri sənətkarın oğlu Ömər Dormen sosial media hesabında paylaşaraq atasını itirməyin dərin üzüntüsünü yaşadığını bildirib. O, atasını tanıyan və sevən hər kəsə başsağlığı diləyərək sənətkarın məkanının cənnət olmasını arzulayıb.

Qeyd edək ki, Haldun Dormen yanvarın əvvəlindən bəri ağır infeksiya səbəbilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırlaşdığı üçün bir müddət idi süni tənəffüs aparatına qoşulmuşdu. Türk teatrında Qərb üslubunda müzikal və səhnə sənətinin ən mühüm nümayəndələrindən biri hesab olunan Dormen, ömrünün sonunadək sənətə və yeni kadrların yetişməsinə böyük töhfələr verib.

NE
Nihadə Eyyubova