Sosial

Dövlət Gömrük Komitəsi “Technoil” şirkətini cərimələtdi

Dövlət Gömrük Komitəsi “Technoil” şirkətini cərimələtdi

Dövlət Gömrük Komitəsi “Technoil” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edib.

Demokrat.azxəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi bu protokola əsasən şirkəti 1500 manat cərimə edib.

“Technoil” MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun icraatında baxılır.

Qeyd: 2015–ci ildə təməli qoyulmuş “Technoil” MMC – Azərbaycanda və Qafqaz regionunda yüksək keyfiyyətli mühərrik və sürtkü yağları istehsal edən ilk sənayə müəssisəsidir. “Technol” ticarət markası adı altında 2016–ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərməkdədir. Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağları istehsalını həyata keçirən zavodumuz eyni zamanda sənayə məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

Demokrat.az

D
demokrat.az