Hadisə

Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atanlar tutuldu

Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atanlar tutuldu

Bakı metrosunda qatar relslərinə pirotexniki vasitələr atan şəxslər saxlanılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metropoliten qaydalarını kobud şəkildə pozan şəxslərlə bağlı tədbirlər yekunlaşıb:

“Metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan 1998-ci il təvəllüdlü Yardımlı rayon sakini Vüüar Hüseynli, 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü Rövşən Məmmədov olub. Onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar haqqında hüquqi qaydada tədbir görüləcək”.

B.Məmmədov hər kəsi metro qaydalarına ciddi şəkildə əməl etməyə çağırır:

“Metropoliten qaydalarına əməl etməklə ilk növbədə sərnişinlər özlərinin, daha sonra isə digər sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadəsinə şərait yaratmış olacaqlar”. (Oxu.az)

D
demokrat.az