Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
Dövlət başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban.
Prezident İlham Əliyev:Sağ olun. Necəsiniz? Necə yerləşmisiniz burada?
Sakinlər:Yaxşı.
Prezident İlham Əliyev:Yaxşıdır hər şey?
Sakinlər:Yaxşıdır.
Prezident İlham Əliyev:Allaha şükür. Təbrik edirəm sizi.
Sakinlər:Sağ olun.
Prezident İlham Əliyev:Artıq üç gündür ki, Ağdərə rayonunun dörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.


