“Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı mövqeyi ardıcıl, prinsipial və dövlətçilik maraqlarına söykənən mövqedir. Dövlət başçısı 5 yanvar tarixində televiziya müsahibəsində ana dilinin milli kimliyin əsas dayaqlarından biri olduğunu xüsusi vurğulayıb”.
Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dilçi Ramilə Qasımova Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, Prezidentin çıxışlarında dilin yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mənəvi irsi və milli düşüncə sisteminin daşıyıcısı olduğu açıq şəkildə ifadə olunur: mövqeyinin qorunması dövlətin prioriteti kimi təqdim edilir. Prezidentin bu mövqeyi cəmiyyətə, xüsusilə media, təhsil və elm sahələrinə ana dilinə məsuliyyətli yanaşma çağırışı kimi dəyərləndirilməlidir”.
Leyla Turan Demokrat.az


