Hadisə

Cəbrayılda yanğın törədən şəxs tutuldu

Cəbrayılda yanğın törədən şəxs tutuldu

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədəDİN-in Mətbuat Xidmətinin regional qrupu məlumay yayıb. Araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

NE
Nihadə Eyyubova