İqtisadiyyat

"ƏDV geri al": 191 milyondan çox vəsait istehlakçılara qaytarılıb

ƏDV geri al: 191 milyondan çox vəsait istehlakçılara qaytarılıb

2025-ci il ərzində ölkə ərazisində pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslərdən alınan mallara, eləcə də bir sıra xidmətlərə görə istehlakçılara əhəmiyyətli məbləğdə əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Demokrat.az-ın məlumatına görə, neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət obyektlərindən alınan mallara, teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi xidmətlərə, həmçinin işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin istehlakçılara qaytarılan həcmi 191 milyon 98,9 min manat təşkil edib.

Bundan əlavə, 2025-ci ildə xarici vətəndaşlar tərəfindən Azərbaycanda fərdi istehlak üçün alınan mallara görə dövlət büdcəsindən geri qaytarılan ƏDV-nin (“tax free”) məbləği 10 milyon 533,3 min manat olub.

NE
Nihadə Eyyubova