“Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin apardığı monitorinqlər əsasən süni qiymət artımının qarşısını almağa yönəlib”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, siqaret aksiz vergisi yüksək olan məhsuldur və büdcə üçün gəlir mənbəyidir:
“Məqsəd qiyməti aşağı salmaq yox, qanunsuz bahalaşmanı dayandırmaqdır. Vergilər dəyişmədikcə qiymətin ciddi şəkildə düşməsi mümkün deyil. Ən çox ehtimal olunan odur ki, bəzi mağazalarda qiymətlər eyni səviyyəyə salınsın. Yəni siqaret ucuzlaşmaya bilər, amma süni bahalaşma azalacaq. Bu da istehlakçı üçün daha stabil qiymət deməkdir”.
Leyla Turan Demokrat.az


