Şou-biznes

Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları — SİYAHI

Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları — SİYAHI

Bu gün Azərbaycan teleməkanında yetəri qədər sevilən və reytinqli verilişlər təqdim edən aparıcılar var. Onlar ya hər gün ya da həftənin müəyyən günlərində müxtəlif növ verilişlərlə tamaşaçıların görüşünə gəlirlər. Kimi əyləncə xarakterli verilişlərlə efirə çıxıb tamaşaçılara xoş əhval ruhiyyə bəxş edir, kimi də sosial verilişləri insanların bəzi problemlərini həll etməyə çalışır.

Aparıcıların bir çoxu jurnalistika fakültəsi üzrə Ali təhsil almasalar da, onlar bu peşənin öhdəsindən asanlıqla gəlirlər.

Bəs görəsən Azərbaycan efirlərinin tanınmış simaları əslində hansı univsersieteləri və hansı ixtisasları bitiriblər?

AparıcıLeyla QuliyevaAli təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Vokal və xor dirijorluğu" fakültəsində alıb.

AparıcıXoşqədəm HidayətqızıNaxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

AparıcıElgiz ƏkbərAzərbaycan Dövlət İqtisad Universitetinin "Qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq" fakültəsini bitirib.

AparıcıAfaq GəncəliAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissor və aktyor" fakültəsini bitirib.

AparıcıAmil XəlilAzərbaycandakı Ali təhsil müəssisələrindən birində "Tarix və jurnalistika" üzrə oxuyub.

AparıcıHüsniyyə MəhərrəmovaAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Aktyorluq" fakültəsini bitirib.

Aparıcıİsa ŞükürovBakı Dövlət Universitetini bitirib. O "Nəşriyyat və Redaktələr" üzrə bakalavr dərəcəsi alıb.

AparıcıKəmalə PiriyevaAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub.

AparıcıNanə AğamalıyevaAzərbaycan Tibb Universitetini bitirib. O uzun müddət diş həkimi işləyib.

AparıcıLamiyyə ƏləkbərovaAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib.

AparıcıZaur BaxşəliyevAzərbaycan Beynəlxalq Universitetinin "Jurnalistika" fakültəsini bitirib.

AparıcıLalə AzərtaşAzərbaycan Dillər Universitetinin "Tərcüməçilik" fakültəsini bitirərək bakalavr dərəcəsi alıb.

AparıcıVüsalə ƏlizadəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsini bitirib.

AparıcıZaur KamalAzərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsini bitirib.

AparıcıSamir BayramlıBakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsində Ali təhsil alıb. (BAKU.WS)

NE
Nihadə Eyyubova