Şou-biznes

Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən danışdı

Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən danışdı

Meyxana ustası Namiq Məna 2 gün əvvəl Qubada qızının ailəsi ilə birlikdəqəzayadüşməsindən danışıb.

Axşam.az xəbər verir ki, hadisənin təfərrüatlarından meyxanaçı "Xəzər axşamı"verilişinətelefon bağlantısı zamanı bəhs edib:

"Təbiət hadisələrindən heç kim sığortalanmayıb. Qubadahəmin vaxt yer buz idi. Kürəkənimsəriştəsizliyindən maşını aşırtdı. Çox şükür olsun ki, xəsarət alan olmadı, Allah saxladı. Nəvəmin 12 yaşı var. Həmin an Qubanın təbiətini lentə almaq istəyirdi. Təsadüfdən həmin qəza da kadrlara düşdü. Ciddi xəsarət almayıblar. Quba sakinlərinə təşəkkür edirəm ki, hadisə baş verəndə yardım gəliblər. Bunu mən heç vaxt unutmaram. Şükür olsun ki, böyük bir faciədən qurtulduq".

NE
Nihadə Eyyubova