Bakıda 40 yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, yeni sahədə yerləşən nömrəsiz evdə baş verib.
1986-cı il təvəllüdlü Tahir ikinci dəfə ailə qurduğu arvadı Səbinə (adlar şərtidir – red.) mübahisə edib. Onların mübahisəsinə səbəb isə qadının Tahirin birinci evliliyindən olan övladı Vüsalə ilə görüşməsini qəbul etməməsi üstündə baş verib.
Tahir bunu bəhanə edib və əli ilə arvadının bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr vurub. Nəticədə qadın baş beyin silkələnməsi xəsarəti alıb.
Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər evli olub boşanıb: “Daha sonra isə 2020-ci ildə Səbinə ilə ailə qurmuşam. Birinci evliliyimdən olan övladım Vüsalə ilə hərdən onun yaşadığı ünvanda görüşərəm. Növbəti görüşlərin birində Səbinə də həmin ünvana gəldi. Ata və anama birinci evlilikdən olan övladımın həmin ünvanda olduğunu, daha sonra gəlməsini deyərkən sözlü mübahisə baş verdi. Bu mübahisəni eşidərkən otaqdan çıxdım və onunla mübahisə edərək onun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirdim”.
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, hadisə günü saat 20 radələrində himayəsində olan övladı ilə qayınatasının yaşadığı ünvana gedib: “Qayınanam qapını açaraq Tahirin birinci evlilikdən olan övladı Vüsalənin orada olduğunu bildirdi, oradan getməyinmi istəyən zaman aramızda sözlü mübahisə baş verdi. Mübahisə vaxtı Tahirə də məni vuraraq xəsarətlər yetirdi”.
Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxsin şikayətçi olmaması səbəbindən Tahirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


