ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra ABŞ-nin Venesuelada əlavə hərbi əməliyyatlar aparması gözlənilmir.
Demokrat.az xəbər verir ki, bu barədə senator Mayk Li məlumat verib.
Rubio bildirib ki, Maduro ABŞ-də ona qarşı irəli sürülmüş cinayət ittihamları üzrə məhkəmə qarşısına çıxarılması üçün saxlanılıb, hərbi əməliyyatlar isə saxlanmanı həyata keçirən şəxslərin qorunması məqsədi daşıyıb.
Xatırladaq ki, daha əvvəl ABŞ tərəfi Venesuela prezidenti Nikolas Maduronun törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxacağını açıqlamışdı. (Ordu.az)


